Rusiya ordusu Ermənistanda təlimlər keçirib

Rusiyanın Ermənistandakı hərbi bazasının radioelektron mübarizə və pilotsuz uçan aparatlar hissəsinin hərbçiləri təlim keçiriblər.  Təlimlərdə şərti qanunsuz silahlı dəstələrin təxribat qruplarının rabitə vasitələrinin radioelektron üsullarla susdurulmasına dair tapşırıqlar yerinə yetirilib.
Məlumata görə, üçgünlük təlimlər “Kamxud” və “Alagöz” dağ poliqonlarında keçirilir.
Təlimlər zamanı mütəxəssislər dəniz səviyyəsindən azı 1500 metr yüksəklikdə “İnfauna”, “Zastava” və “Navodçik” tipli müasir komplekslərdən istifadə edərək 30-dan çox normativ icra edəcəklər.
Təlimlərə 300-dən çox hərbçi və 50-dək xüsusi hərbi texnika cəlb edilib. APA