Dekabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adgözəlzadə konsert proqramı ilə çıxış edəcəklər.

Astarainfo.az”Report” istinadən xəbər verir ki, konsertdə solistləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə reallaşacaq konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsrləri səslənəcək.