Ekvador sahillərində 6,1 maqnitudalı zəlzələ olub

Bu gün Ekvador sahillərində zəlzələ olub.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 11.19 radələrində Baiya de Karakes şəhərindən 33 km şimal-şərqdə 6,1 maqnitudalı zəlzələ baş verib.
Zəlzələnin ocağı 40 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.