Azərbaycanda güclü yanğın: qadın öldü

Sabirabadda baş vermiş yanğında bir nəfər ölüb. Dekabrın 3-də saat 1:00 radələrində Sabirabad rayonunun Nərimankənd kəndində rayon sakini Məmməd Qarayevə məxsus evdə yanğın baş verib. Nəticədə 30 kvm. sahədə döşəmə və tavan yanıb. Yanğın söndürüldükdən sonra M.Qarayevin arvadı Kubra Qarayevanın tüstüdən boğulan meyiti tapılıb.
Araşdırma aparılır.Lent.az