Kolumbiyanın Palmira şəhərində dünya çempionu Edvin Moskera güllələnib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Olimpiya Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, hadisə gecə klublarından birində baş verib. 32 yaşlı idmançı naməlum şəxs tərəfindən güllələnib. İdmançı 2017-ci ilin noyabrında dünya çempionu adını qazanmışdı.