Gələn il “Birinci Bakı PR Forumu” keçiriləcək.
“AtaHolding”dən AZƏRTAC-a bildiriblər ki, bu barədə qərar Azərbaycan PR Mütəxəssisləri Assosiasiyasının (APRA) toplantısında qəbul edilib. Toplantıda APRA-nın 2018-ci ildə keçirəcək “Birinci Bakı PR Forumu”na hazırlıq işləri müzakirə edilib.
APRA-nın idarə heyətinin sədri, “Veysəloğlu Qrup”un ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə “Birinci Bakı PR Forumu”nu Azərbaycanda ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində çalışan mütəxəssisləri bir araya toplaya biləcək bir platforma kimi düşünüldüyünü bildirib. İ. Məmmədzadə foruma ilkin hazırlıq işlərinin artıq başladığını və tədbirin keçirilməsində maraqlı olan qurumlarla tərəfdaşlığa və əməkdaşlığa hazır olduqlarını qeyd edib. Hər il keçirilməsi nəzərdə tutulan bu forum PR mütəxəssislərə bilik və bacarıqlarını inkişaf etdirmək, yerli və xarici təcrübəni müqayisə etmək, həmçinin xarici PR mütəxəssislərlə sıx əlaqələr yaratmaq imkanı verəcək.
Qeyd edək ki, Azərbaycanda bir sıra aparıcı qurum və şirkətlərin PR mütəxəssislərini, PR xidmətləri təklif edən şirkət nümayəndələrini özündə birləşdirən APRA 2016-cı ilin may ayında təsis olunub.