Azərbaycan güləşçiləri Astanada 3 qızıl medal qazanıblar

Azərbaycan güləşçiləri Qazaxıstanın paytaxtı Astanada əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnirdə 3 qızıl medal qazanıblar.
Azərbaycan Güləş Federasiyasından “Report”a verilən məlumata görə, Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, yarışda Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanları iştirak ediblər.