Qüdsdə gərginlik: Toqquşmalar başladı – YARALILAR VAR

Qüds böhranı ilə bağlı yaranmış gərginlik pik nöqtəsinə çatıb.

  ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra fələstinlilər etiraz aksiyalarına başlayıb. Trampın posterləri və Amerika bayraqları yandırılıb.
Bölgədən verilən son məlumatlara görə, Qərbi Şeria və Qəzzada İsrail və Fələstin əsgərləri arasında qarşıdurma yaşanır. Qarşıdurmada çox sayda yaralıların olduğu bildirilir. Yaralanan 14 etirazçı bibər qazından, 2-i isə plastik mərmilərdən xəsarət alıb.Publika.az