Xırdalanda yanğın: 30 nəfər təxliyə edilib

Xırdalanda yaşayış binasında yanğın olub.
Astarainfo.az-ın APA-ya istinadən  məlumatına görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib.
 Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.