Gəncədə qətlə yetirilən şəxsin kimliyi müəyyənləşib.
Astarainfo.az-ın APA-nın qərb bürosuna istinadən xəbərinə görə, küçədə meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Cəmşidzadə Vicay Qabil oğlu olduğu müəyyənləşib. Hadisəni törədənin kimliyi məlum deyil, fakt araşdırılır.
***
07:50
Gəncədə qətl hadisəsi törədilib. APA-nın qərb bürosunun xəbərinə görə, gecə saat 01.00  radələrində şəhərin Dədə Qorqud küçəsində üzərində bıçaq xəsarətləri olan cavan yaşlarında kişi aşkarlanıb. Xəstəxanaya aparılsa da onun artıq öldüyü məlum olub. Qətlə yetirilən şəxsin kimliyi məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.