Vergilər Nazirliyinə yeni nazir təyin edildikdən sonra hər hansı dəyişiklik olmayıb. Hətta Fazil Məmmədovun 15 müşaviri də iş başındadır.
Astarainfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə axar.az-a Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsəlimovməlumat verib. Onun sözlərinə görə, keçmiş nazir Fazil Məmmədovdan sonra nazirlikdə hər hansı kadr dəyişikliyi aparılmayıb:
“Hər hansı dəyişiklik olsa, bu barədə mətbuata məlumat veriləcək”.
Qeyd edək ki, 5 dekabr tarixində prezidentin imzaladığı sərəncamla Fazil Məmmədov Vergilər naziri vəzifəsindən azad edilib. Digər sərəncamla Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.