Ağcabədidə yanğın olub

Ağcabədi rayonu, Hacılar kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı uşaq bağçası kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.