Fevralın 26-dan martın 4-dək Bakı şəhərində boks idman növü üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib.
Birinciliydə Astara rayon komandasının iştirakı Rayon Gənclər və İdman İdarəsi tərəfindən təmin edilmiş və idmançılarımızdan Nəsirov Səyadulla Azad oğlu 54 kq çəki dərəcəsində III yerə, Baxşıyev Eldəniz Məhərrəməli oğlu isə 57 kq çəki dərəcəsində rəqiblərini üstələyərək I yerə layiq görülüblər.
Boksçularımızı yarışa boks idman növü üzrə məşqçi-müəllim, idman ustası Məmmədov Nurlan hazırlamışdır.
İdmançılarımızı qələbə münasibəti ilə təbrik edir, onlara uğurlar arzulayırıq.
Elnur Qurbanlı
Astarainfo.az