Astara Olimpiya İdman Kompleksində rayon İcra Hakimiyyəti ,Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 5 Mart Bədən tərbiyəsi və idman gününün qeyd edilməsi ilə əlaqədar məktəbli yeniyetmələr arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.
Astara şəhər 1, 2, 5 saylı, Suparibağ, Təngərüd, Artupa kənd tam orta məktəblərinin komandaları arasında uduzub-çıxma sistemi ilə keçirilən oyunların sonunda Astara şəhər 1 və 5 saylı tam orta məktəbin komandaları müvafiq olaraq I və II yerlərə layiq görülmüşlər.
Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kolatan kəndində səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə, müəssisə...