Astarainfo.az xəbər verir ki, martın 4-də Ərçivan  qəsəbə  4 saylı  tam orta məktəbində  həmyerlimiz  şəhid  Pəcəli Nurməmməd   oğlu Teymurovun   əziz  xatirəsinə  həsr olunmuş “Azərbaycanı sevək və tanıyaq”devizi ilə  rayonunun ümumtəhsil məktəbləri arasında bilik  yarışı keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin  Astara rayonu  üzrə  meneceri  Emil Axundovun, rayon İcra   Hakimiyyətinin  və rayon Təhsil Şöbəsinin   dəstəyi  ilə  ərsəyə   gəlmiş  bu  tədbirdə rayonun 24 ümumtəhsil məktəbi yaxından iştirak edib.
Hər  komandada  6  nəfər şagird olmaqla  144  nəfər məktəbli bilik yarışmasında  öz qüvvələrini sınayıblar. Sərək  kənd tam orta məktəbi  I, Siyaku kənd tam orta məktəbi  II,Ərçivan qəsəbə 3 saylı tam orta  məktəbi  isə III  yerə  layiq  görülüblər. Kijabə,  Ərçivan I və 4, şəhər 3 və 5 tam  orta  məktəbləri  isə  həvəsləndirici  yerlərə  layiq  görülüvlər. I  yeri qazanmış  Sərək  kənd   tam   orta   məktəbinə   yarışın   simvolik   kuboku   təqdim olunub.
Tədbirdə rayon Təhsil Şöbəsinin  məsləhətçisi  Baloğlan Əliyev,  məktəb direktorları   iştirak ediblər.

Astarainfo.az