Afrində zərərsizləşdirilən terrorçuların sayı 3300 nəfərə çatıb – YENİLƏNİB

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3300 nəfərə çatıb.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçısı bir sıra çətinliklərə baxmayaraq, Türkiyə ordusunun keçirdiyi əməliyyatı uğurla davam etdirdiyini qeyd edib.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.