ABŞ dövlət katibi Tillerson vəzifəsindən uzaqlaşdırılıb

ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilir.
APA-nın xəbərinə görə, bu barədə prezident Donald Tramp öz “Twitter” səhifəsində yazıb.
D. Tramp R. Tillersonu vəzifədən uzaqlaşdıracağını və yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edəcəyini bildirib.