Astarainfo.az xəbər verir ki,  Astara rayon Ərçivan qəsəbə 3 saylı tam orta məktəbində Azərbayca Respublikası Gənclər və İdman Nazirliyinin 2018-ci il tədbirlər planına uyğun olaraq 26 fevral – 4 mart 2018-ci il tarixlərdə Bakı şəhərində boks idman növü üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində rayonumuza qızıl və bürünc medal gətirmiş Baxşıyev Eldəniz Məhərrəməli oğlu, Nəsirov Səyadulla Azad oğlu və məşqçi-müəllim Məmmədov Nurlan Hökmürəvan oğlu ilə görüş keçirilmişdir.
Görüşdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Ərçivan qəsəbə İƏD üzrə nümayəndə Cəbrayıl Salmanov, qəsəbə Bələdiyyə sədri İradə Rzayeva,  qəsəbə 3 saylı tam orta məktəbin direktoru Aygün Həmidova və bir qrup məktəbli iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev     ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, keçirilən idman yarışlarından geniş bəhs etmiş və uğurlu nailiyyətlərinə görə idmançıları təbrik etmişdir.
Daha sonra çıxış edənlər Ərçivan qəsəbə İƏD üzrə nümayəndə C.Salmanov,
Ərçivan qəsəbə Bələdiyyə sədri A.Həmidova idmançıları təbrik etmiş və onlara uğurlar arzulamışdır.
Yarışda 57 kq çəki dərəcəsində I yeri tutmuş Baxşıyev Eldəniz, 54 çəki dərəcəsində III yeri tutmuş Nəsirov Səyədulla Rayon Gənclər və İdman İdarəsi, Ərçivan qəsəbə İƏD üzrə nümayəndəlik və Ərçivan qəsəbə Bələdiyyəsinin pul mükafatları, qiymətli hədiyyələri, məşqçi-müəllim Nurlan Məmmədov isə Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Elnur Qurbanlı
Astarainfo.az