Birləşmiş Millətlər Davamlı İnkişafın Tənzimlənməsi Şəbəkəsi (UNSDSN) dünyanın ən xoşbəxt ölkəsinin Finlandiya olduğunu bəyan edib.
Astarainfo.az Oxu.Az-a istinadən xəbər verir ki, təşkilat tərəfindən dünyanın 156 ölkəsində araşdırma aparılıb və “Dünya Xoşbəxtlik Hesabatı – 18” (WHR) hazırlanıb.
Bu ölkələrdən 117-də qaçqın və köçkünlərin də diqqətdə saxlandığı araşdırma nəticəsində finlandiyalılar dünyanın ən xoşbəxt xalqı seçilib.
Finlandiyanı Norveç, Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya izləyir.
ABŞ 4 pillə geriləyərək 18-ci sırada qərarlaşıb.