1993-cü il martın 30-da cənnətməkan Astaranın səfalı bir guşəsində-Kijəbə qəsəbəsində gözəl bir ailədə həyata göz açmaqla valideyinlərinə ata-ana sevinci, səadət bəxş etmisən.Allahın nəzərində ilkin nübar kimi sevilə-sevilə, əzizlənə-əzizlənə arzuların qanadında yaşa dolmuş gözəl yaraşıqlı bir xanım olmusan!
Taleyin qismətindən bu gün 85 yaşlı qocaman bir müəssisəyə-səmimi,mehriban,sayca az, amma böyük ürəkli komandaya rəhbərlik etməyinlə böyüklüyünü,alicənablığını intelektual səviyyənlə bir daha təsdiqlədin!
Bugünkü sevinc, ümid doğuran, 25 yaşına əlvida deyəcəyin bir gündə 85 yaşlı “Astara” qəzeti redaksiyasının əməkdaşları və səni sevənlərin adından səmimi qəlbdən təbrik edir sevinc,səadət dolu günlər,anlar arzulayırıq.
Allahın izni ilə 25 yaşında gözəl mövqe qazanmış və demək olar ki, həyatda öz yerini tapmısan.
İnşallah, yeni qədəmlərin də xeyirli olacaq və daha möhtəşəm,sevindirici  uğurlara imza atacaqsan.
Əminəm ki,  50 illik yubileyini qeyd edəndə elə bugünkü kimi gözəl,təravətli xanım kimi  görünəcəksən.
Hörmətli Fəridə xanım!Müstəqil Azərbaycanın işguzar,bacarıqlı,mədəni səviyyəli gənclərindən biri kimi səninlə fəxr edir və bir daha əminəm ki, sənin daha yaxşı, uğurlu addımların olacaq və bu addımlarınla gözəl Astaramızı  Azərbaycanda və onun hüdudlarından uzaqlarda layiqincə   təmsil edəcəksən!
Gülərüzlü qızım qədəmlərin mübarək gülüş həmişə səninlə olsun!
Səni sevən xoş arzularını diləyən və həmişə hörmət bəslədiyin ustad dediyin Gülnar Əsədli.

Astarainfo.az