Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kompaniyası çərçivəsində Yeni Azərbacyan Partiyası Astara rayon təşkilatı  Kijəbə qəsəbəsində seçicilərlə görüş keçirib.
Tədbiri YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq Yeni Azərbacyan Partiyasının namizədi, dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl islahatlar, daxili və xarici siyasətin nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib.
Firudin Əhmədov bildirib ki, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir, O, qəsəbə seçicilərini Heydər Əliyev siyasətinin davamçısı naminə 11 aprel seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.
Daha sonra rayon Ağsaqqallar şurasının sədri Hamlet Əliyev çıxışında bildirib ki, xalqımız prezident seçkisi üçün artıq özünün qəti seçimini edib: «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid namizədidir. Beynəlxalq birlik də, Dünya Azərbaycanlıları da ölkə Prezidentliyində İlham Əliyevin namizədliyinə ürəkdən dəstək verirlər. Xalqımız Prezident seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış yeniləşmiş möhtəşəm Azərbaycan boyda böyük hesabatla gedir. Müasir Azərbaycan haqqında hesabatın müəllifi Azərbaycan xalqının lideri İlham Əliyevdir. Ona görə də ölkənin və xalqımızın qarşıdakı Prezident seçkilərinə gedərkən qəlbinin dərinliklərindən gələn yalnız bir qərarı vardır: İlham Əliyev! uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir.
Tədbirdə çıxış edənlərdən qəsəbə ağsaqqalları Nəsrəddin Teymurov, Sabir Fətullayev, Müslüm Kamilov, Canşirin Gülverdiyev, Kijəbə qəsəbə tam orta məktəbinin direktoru Təbrizə Rəsulova, gənclər adından Əhliman Müqəddəsov və başqaları ölkəmizdə gedən sürətli inkişaf, həmçinin Prezident İlham Əliyevin xalqımıza göstərdiyi yüksək diqqət və qayğısı barədə danışıblar. Dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən Astara rayon seçicilərini hamılıqla 11 apreldə seçki məntəqəsinə gəlməyə və Yeni Azərbacyan Partiyasının vahid namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Astarainfo.az