Prezident seçkilərinin təbliğat-təşviqat kompaniyasını uğurla davam etdirən Yeni Azərbacyan Partiyasının Astara rayon təşkilatı növbəti görüşünü rayon ziyalıları ilə keçirib.
Rayon ziyalıların iştirak etdiyi görüşü YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq cənab İlham Əliyevin misilsiz xidmətləri haqqında məlumat verib.
O, bildirib ki, Azərbaycan xalqı fəxr edir ki, onun cənab İlham Əliyev kimi parlaq dövlətçilik istedadına, mühüm beynəlxalq nüfuza, ümumxalq məhəbbətinə, böyük quruculuq təcrübəsinə, düşünülmüş qətiyyətə malik görkəmli dövlət başçısı var.
Astaralılar 11 apreldə öz sözünü deyərək seçkilərdə cənab İlham Əliyevə səs verəcəklər.
Rayon ziyalıları  Təbrizə Rəsulova, Tural Eyvazov  çıxış edərək son 15 ildə prezident İlham Əliyevin siyasəti nəticəsində qazanılan uğurlardan danışıblar. Dövlətimizin apardığı siyasət nəticəsində vətəndaşlarımıza xüsusi diqqət və qayğı göstərildiyini, onların həyat şəraitinin yaxşılaşdığını söyləyiblər. Çıxış edənlər vurğulayıblar ki, həmişə olduğu kimi bu gündə Astara ziyalıları cənab prezidentin apardığı daxili və xarici siyasətini dəstəkləyir və 11 apreldə yekdilliklə Yeni Azərbacyan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Astarainfo.az