Türkiyədə hərbi avtomobilin partladılması nəticəsində 9 nəfər yaralanıb

Türkiyə-İran sərhədi yaxınlığında yerləşən Doğubayazit şəhərində (Ağrı vilayəti) hərbi avtomobilin partladılması nəticəsində 9 hərbçi yaralanıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtomobildə şəhər jandarmeriyasının xüsusi qrupu hərəkət edib. Yaralıların vəziyyəti qənaətbəxşdir. Araşdırma aparılır.