Cənub bölgəsinin ən yaşlı sakinləri səs verib

Cənub bölgəsinin ən yaşlı sakinləri səs verib.
Prezident seçkilərində Astara rayon seçiciləri də fəallıq göstərir. Seçkilərə hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb. Seçicilərin səsvermə hüququndan istifadə etmələrindən ötrü bütün zəruri tədbirlər görülüb. Məntəqələrə gəlmək imkanı olmayan yaşlı, fiziki qüsurlu seçicilərin də bu tale yüklü prosesdən kənarda qalmamaları üçün daşınan seçki qutuları ünvanlara aparılır.
Belə seçiçilərdən biri, cənub bölgəsinin ən yaşlı sakini Astara rayonu Siyətük kənd sakini 1912-ci il təvəllüdlü Tahirova Mələk Zülfüqar qızıdır. Onun adı 77 saylı Astara Seçki Dairəsinin 29 saylı məntəqəsindəki seçici siyahısındadır.
Uzun illər səsvermədə iştirak edən Mələk nənə səhəti ilə əlaqədar məntəqəyə gedə bilmədiyi üçün bu dəfə evində səs vermək üçün müraciət edib. Bu səbəbdən səyyar seçki qutusu və seçki büllüteni onun yaşadığı ünvana gətirilib.
Qeyd edək ki, cənub bölgəsinin digər yaşlı seçicisi isə Lerik rayon sakini 104 yaşlı İbrahimova Raciyə Cəlil qızıdr. Seçicisi olduğu 78 saylı Lerik Seçki Dairəsinin 3 saylı məntəqəsi üzrə o da yaşadığı ünvanda səsvermə hüququndan istifadə edib.
Ümumiyyətlə Cənub bölgəsinə daxil olan 5 rayon: Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarında 9 Seçki dairəsi fəaliyyət göstərir. 70-78 saylı dairələrdə 472 məntəqə yaradılıb. Bu məntəqələr üzrə ümumi seçici sayı isə 295 min 824 nəfər təşkil edir. Seçki prosesinin şəffaflığının təmin edilməsi məqsədilə 64 məntəqədə səsvermə prosesini internet vasitəsilə canlı olaraq izləmək imkanı yaradan veb-kameralar quraşdırılıb. Həmçinin seçki prosesini yerli və beynəlxalq müşühidəçilər izləyir. Report