Cənab İlham Əliyevin prezident seçkilərində böyük üstünlüklə qələbəsi münasibəti ilə Astara rayonunda bayram konsert-mitinqi və atəşfəşanlıq oldu.

Astarada seçki məntəqələrinin bağlanışından sonra, səsvermənin yekunu olaraq «İlhamla irəli», «İlhamla davam», «Yaşasın Azərbaycan», «Daha güclü Azərbaycan» şüarları ilə   və bayram konsert-mitinqi keçirildi. Mitinqdə 500 nəfərə yaxın rayon sakini iştirak edirdi.
Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Firudin Əhmədov çıxış edərək «Hər zaman hər yerdə sizinləyik,  cənab Prezident!» «Bizim gücümüz birliyimizdədir!» «İlhamla irəli», «İlhamla davam», «Yaşasın Azərbaycan», «Xalqın səsi-cənab İlham Əliyevin qələbəsidir», «Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir» şüarları səsləndirərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Əllərində Azərbaycanın və Yeni Azərbaycan Partiyasının  bayraqlarını dalğalandıran mitinq iştirakçıları birlik və həmrəylik şüarları səsləndirdilər. Astara sakinləri alqış sədaları ilə Yeni Azərbaycan Partiyasının qələbəsini qeyd etdilər.
 Xalqımız öz Prezidentini seçdi. Cənab İlham Əliyevin prezident seçkilərində böyük üstünlüklə qələbəsi münasibəti ilə Astara rayonunda möhtəşəm atəşfəşanlıq oldu.

 Astarainfo.az