Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.
Açılış oyunu Gəncədə autsayder “Kəpəz”lə lider “Qarabağ” arasında keçirilib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə topu 23-cü dəqiqədə Ramil Şeydayev vurub. Bununla da 22 yaşlı hücumçu Ağdam komandasının heyətində Premyer Liqada qol hesabını açıb.
Bu qələbə sayəsində xallarını 56-ya çatdıran “Qarabağ” ardıcıl 5-ci çempionluğa doğru daha bir addım atıb. “Kəpəz” isə 12 xalla sonuncu pillədə qalıb.
Qeyd edək ki, tura aprelin 15-də “Qəbələ” – “Səbail”, “Sumqayıt” – “Keşlə” və “Zirə” – “Neftçi” görüşləri ilə yekun vurulacaq. Report