Astarainfo.az xəbər verir ki, havaların vaxtından əvvəl mülayimləşməsi səbəbindən arılar bir qədər tez oyanıb.Adətən arı ailələri martın sonlarında keçirilən ilk baxış bu il ayın ilk günlərində aparılıb. Arıçılar hər yeşikdən 30-40 hətda 50kq məhsul götürməyi planlaşdırır.Yeganə problem satışla bağlıdı.
Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilir ki,yaxın gələcəkdə Dünya Bankının dəstəyi ilə qablaşdırma sexi tikiləcək.Artıq yer də müəyyənləşdirilib.Bu Astara balını Azərbaycan brendi adı ilə xarici bazarlara çıxarmağa imkan verəcək.
Astara rayonunda 1200-dən çox arıçı 26000 arı ailəsi var. Ötən il rayonda 300 ton bal əldə olunub.Bu il istehsalın daha da artacağı proqnozlaşdırılır. arb cenub
 https://youtu.be/5-fOWNQfneI