Bu gün ölkə kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.
Yarımfinal mərhələsində 2 oyun keçiriləcək və bununla finalçılar müəyənləşəcək.
“Sumqayıt” öz meydanında “Keşlə”ni qəbul edəcək. İlk matç “Keşlə”nin bir qolluq üstünlüyü ilə başa çatıb. Sumqayıt təmsilçisi çempionatın son turunda “Keşlə” üzərində 2:1 hesablı qələbə qazanıb.
Lakin bu gün eyni hesab Samir Abasovun komandasını qane etməyəcək. Tarixinin ən böyük uğurunun astanasında olan “Sumqayıt” lazımi hesabla qələbə qazanmaqla finalda oynamağı arzulayır. “Keşlə”nin isə avrokuboklara gedən yolu yalnız kuboku qazanmaqdan keçir.
Digər görüşdə isə “Neftçi” “Qəbələ”ni sınağa çəkəcək. İlk matçdan səfərdən qələbə ilə qayıdan “ağ-qaralar” sərfəli hesabı qorumağa çalışacaqlar. Son turlar elə də inamlı görünməyən “Qəbələ”dən fərqli olaraq “Neftçi” qələbələri sıralayır. Roman Qriqorçukun komandası mövsümü xilas etmək üçün bu gün mərhələ adlamalıdır.
Qeyd edək ki, ölkə kubokunun finalı 28 mayda keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
18 aprel
17:00. “Sumqayıt” – “Keşlə”
“Kapital Bank Arena”
İlk oyun – 0:1
20:00. “Neftçi” – “Qəbələ”
Bakı. “Bakcell Arena”
İlk oyun – 2:1.xezerxeber.az