ETSN: Tozun miqdarı sanitar normadan 30 faiz yuxarıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Nazirlikdən verilən məlumatda deyilir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 19 aprel 2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 30 faiz yuxarı olduğu qeydə alınıb.
 Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarımadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.Trend