Ötən il Azərbaycanda 37 618 abort icra edilib 19/04/2018 Share on facebook Twitter tweet “2017-ci ildə Azərbaycanda 37 618 abort icra edilib”. Bunu Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib. Baş mama-ginekoloq bildirib ki, abortlar əsasən 18-25 yaşlı qadınlar üzərində icra olunub. O əlavə edib ki, abortdan sonra ölüm halı baş verməyib. S. Məmmədova qeyd edib ki, ötən il təxminən 18 yaşına çatmayan 5-ə yaxın qadında abort icra edilib.apa