Astarainfo.az xəbər verir ki, tarixi abidələri ilə zəngin olan rayonun ucqar dağ kəndi Sım kənd folklor evində “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar geniş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov tarixi abidələri və gözəl təbiəti ilə məşhur olan Sım kəndində belə bir tədbirin keçirilməsinin təsadüfi olmadığını bildirmişdir. Turizmin inkişafı üçün geniş imkanları olan, özünün çoxlu sayda bulaqları, şəlaləsi, buzxanası ilə yanaşı qədim və orta əsrlərə aid tarixi abidələri ilə məşhur olan bu kənddə tarixi abidələrin nümayiş obyekti kimi təbliğinin daha önəmli olması barədə məlumat verdi.
Tarix və mədəniyyət abidələrinin mühafizəçisi Nadirə  Dadaşova “Astara abidələr diyarıdır” mözusunda məruzə ilə çıxış edib. Sım kənd orta məktəbin direktoru Nəbi Xalıqov, məktəbin müəllimi Zahirəddin Məmmədov, abidə mühafizəçiləri Baloğlan Xudadadov, Həkim Rəhimov erməni əsirliyində qalmış tarixi abidələr, rayonun və Sım kəndinin tarixi yerləri, abidələri haqqında məlumat verərək ərazidə olan çoxlu sayda abidənin tədqiqata ehtiyacı olmasını qeyd etmişlər. Abidə mühafizəçisi, şair Ilham Haqverdiyev Astara abidələrinə həsr etdiyi şeiri söyləyib
Sonda Sım kənd folklor evinin direktoru, aşıq Elxan Əliyev Sım kəndinin təbiətinə və abidələrinə həsr etdiyi şeirisöyləyərək, tədbirin Sım kəndində keçirilməsinə görə minnətdarlığını bildirib.

Astarainfo.az