Novruz Məmmədovun yeni baş nazir vəzifəsinə namizədliyi təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədovun ölkənin yeni baş naziri vəzifəsinə namizədliyi təsdiqlənib.
X X X
Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi məsələsinə baxılır.
İclasda Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın yeni baş naziri kimi təsdiqlənməsi müzakirəyə çıxarılıb.