Astarainfo.az xəbər verir ki, aprelin 20-də Türkiyədən olan arıçı mütəxəssislərin iştirakı ilə astaralı arıçılar üçün seminar keçirilib.
Arıçılıq üzrə ixtisaslaşmış türkiyəli professor Banu İcəl Astarada yerli arıçı fermerlərlə öz təcrübəsini bölüşüb. O, yerli fermerlərə əldə olunan balın keyfiyyəti barədə danışıb və bu sahənin inkişafı barədə tövsiyələr verib. Banu İcəl bildirib ki, bölgənin arıçılıq üçün əlverişli imkana malik olması, saxlanılan arının irqi, yüksək keyfiyyətli balın əldə olunmasına şərait yaradır. Seminarda bir neçə məsələ müzakirə olunub. Əsəasən qablaşdırma yerlərinin olmaması xüsusi vurğulanıb. Seminar başa çatdıqdan sonra isə arı ailələrinə baxış keçirilib və onların yerləşmə şəraiti ilə tanış olunub.
Qış aylarında havaların mülayim keçməsi arı ailələri üçün də əlverişli olub. Fermerlər ötən ildən fərqli olaraq bu il ikiqat artıq məhsul götürməyi planlaşdırırlar.Təsərrüfat sahibləri deyir ki, əgər qablaşdırma yerləri olarsa onlar yerli balı brend məhsul kimi xarici ölkələrə də ixrac edə bilərlər.Qeyd edək ki, təkcə Astarada 12 minə yaxın arıçı, 26 minə yaxın arı ailəsi var.
Astarainfo.az