Astarainfo.az xəbər verir ki, aprelin 20-də Gənclər və İdman Nazirliyi, rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi, SHXÇDX-nin Astara rayon şöbəsi,FHN-nin Cənub Regional Mərkəzi, rayon Mədəniyyət Mərkəzinin  birgə təşkilatçılığı ilə yarışın  respublika zona birinciliyi   keçirilib.
Tədbirin açılışında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev,SHXÇDX Astara rayon şöbəsinin məsul işçisi,mayor Samir Məmmədov, Fövqalədə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin şöbə rəisi,mayor Ramin Rzayev, yarışların baş hakimi,RTŞ-nin Fiziki tərbiyə üzrə baş metodisti Nizaməddin Ələkbərov çıxış ediblər.
Daha sonra  Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilib.
Komandaların əsasnaməyə uyğun  hazırlığını yoxlamaq məqsədilə Mandat Komissiyası tərəfindən baxışdan sonra  yarışa start verilib.
Respublika.zona.birinciliyində.8.rayon.Cəlilabad,Salyan,Masallı,Lənkaran, Biləsuvar,Lerik,Yardımlı komandaları iştirak etmişdir. Yarışlarda ümumi 112 nəfər məktəbli iştirak edib.
Yarış 8 mərhələ üzrə keçirilib.Komandalar “Sıra hazırlığı”, “Darağa patron doldurulması və boşaldılması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Fiziki hazırlıq”, “Maneələrin dəf olunması”, ”Mülki Müdafiə hazırlığı”, “Çadırın qurulması və maskalanması”  mərhələlərində qüvvələrini sınayıblar.
Yekun nəticədə Cəlilabad rayon komandası I yeri,Lənkaran rayon komandası II yeri və Masallı rayon komandası III yeri qazanıb, Gənclər və İdman Nazirliyinin diplomuna və  rayon Gənclər və İdman İdarəsi,rayon Təhsil Şöbəsinin kuboklarına layiq görülüblər.
Həmçinin yarışda qalib olan Cəlilabad və Lənkaran rayon komandaları 2018-ci ilin may ayında Cəmşid Naxçıvanski adına hərbi liseydə  keçiriləcək respublika final mərhələsində cənub regionunu təmsil etmək hüququ qazanıblar.

İqrar Cəfərov

Astarainfo.az