ABŞ-ın xərçəng araşdırması institutunun alimləri ömrü uzatmağa kömək edən məhsulları təyin ediblər.
 Saglamolun.az xarici KİV-lərə istinadla sizə bu məhsulların siyahısını təqdim edir:
1. Lobya.
Araşdırmalr göstərir ki, lobyanın istehlakı arterial təzyiqi tənzimləməyə kömək edir, piYlənmə, şəkərli diabet, böyrək və bağırsaq xəstəliklərinin riskini azaldır.
2. Tam dənli bitkilər
Tam dənli buğdadan hazırlanmış çörək, qarabaşaq, yulaf, arpa, qəhvəyi düyü kimi məhsullar ürək-damar sistemi xəstəlikləri, infarkt, insult, şəkərli diabetin riskini azaldır, piylənmənin qarşısını alır.
3. Sarıkök
Sarıkök orqanizmdə gedən qocalma proseslərini ləngidir, qaraciyəri xəstəliklərdən qoruyur, beyinin fəaliyyətini yaxşılaşdırır.
4. Qoz
Ürək-damar sistemini və beyinin qocalmadan qoruyur, xərçəngəleyhinə təsirə malikdir.
5. Göyərti
Ürək və damarları xəstəliklərdən qoruyur, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
6. Göbələk
Göbələyin tərkibində olan bəzi maddələr bədən hüceyrələrinin ömrünü uzadır.
7. Ağ və yaşıl çay
Bu içkilər təzyiqi normallaşdırır, onkoloji xəstəliklərin qarşısını alır.