Bakı şəhərinin Nəsimi rayonu ərazisində taxta konstruksiyalardan ibarət, bitişik tikilmiş iki fərdi yaşayış evində (hazırda yaşayış olmayan və sökülməkdə olan) yanğın baş verib.
Astarainfo.az FHN-ə istinadən məlumat verir ki, hadisə zamanı ölən və xəsarət alan olmamışdır. Ərazidəki digər evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.Xezerxeber.az