Lənkəran Sərhəd  Dəstəsi, rayon  Təhsil  Şöbəsi və rayon  Gənclər  və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sərhəd ” hərbi idman oyunun Astara  rayon  turu  keçirilmişdir.
Tədbiri giriş  sözü ilə Lənkəran Sərhəd Dəstəsinin şəxsi heyyət üzrə şöbənin ictimaiyyətlə əlaqələr bölməsinin baş zabiti, mayor Teyyub Əhmədov açıq elan edib.  Sonra  tədbir iştirakçıları  Azərbaycan  Respublikası-Dövlət himnini oxumuşlar. Astara  RGİİ-nin  rəis müavini İqrar Cəfərov,  RTŞ-nin Çağırışa qədər hazırlığı  üzrə baş metodisti  Rasim Cəfərov, RTŞ-nin Fiziki tərbiyə üzrə baş metodisti Nizaməddin Ələkbərov,Lənkaran Sərhəd Dəstəsinin Qoşun hazırlığı bölməsinin bəş zabiti,mayor Faiq Bayramlı  vətənpərvərlik  tədbirinin əhəmiyyəti  barədə  çıxış  etmiş  və məktəbli gənclərə hərbi, fiziki və  mənəvi tərbiyədə   uğurlar arzulamışlar.
Yarışda 9 komanda  45 nəfər  məktəbli, 9 nümayəndə, 5 nəfər  hakimlər  heyyəti  iştirak etmişdir.
Yarışda  “ Sıra hazırlığı ”,  “Avtomatın  sökülməsi və  yığılması”,   “Süni nəzarət iz zolağının yaradılması”, “Kəndirin dartılması”,  “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili ” mərhələləri üzrə  komandalar mübarizə aparmışlar.
I, II və III yerlərə  müvafiq  olaraq Təngərüd kənd tam orta məktəb, Astara şəhər 2 saylı tam orta məktəb, Səncərədi kənd tam orta məktəb komandaları  layiq görülmüşlər.
Fəxri yerləri qazanan və mərhələlərdə fərqlənən  komandalara Rayon Gənclər və İdman İdarəsinin  diplomları  təqdim olunmuşdur.
Rayon turunun  qalibi- Təngərüd kənd  tam orta məktəbin  komandası  2018-ci  ilin may ayında  Lənkəran şəhərində keçiriləcək respublika  zona  turunda Astara rayonunu  təmsil  edəcəkdir.

 İqrar Cəfərov

Astarainfo.az