Mayın 1-də Astara şəhər 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi Astara Heydər Əliyev Mərkəzində olublar. Mərkəzdə Ümummilli lider Heyder Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ” Heyder Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” adlı tarix dərsində iştirak ediblər.
Dərsdə Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan və yaradıcılığından geniş məlumat verilib. Uşaqlar verilən sualları cavablandırıb.Hüseynzadə Rəsul, Qafarzadə Səbinə, Məmmədzadə Aftandil Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər. Daha sonra Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova ekskursiyaya gələn müəllim və şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat verib.

Astarainfo.az