Qaradağ rayonunda iki avtomobil toqquşub.

Astarainfo.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsi ərazisində baş verib.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər – 1957-ci təvəllüdlü Qəribov Məhəmməd Qərib oğlu, 1988-ci il təvəllüdlü Heydərov Rəşad Rəşid oğlu, 1991-ci il təvəllüdlü Qafarova Günel Mahir qızı və 2001-ci il təvəllüdlü Qafarzadə Əli Mahir oğlu ağır xəsarət alıblar.
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Həkimlər yaralılardan ikisinin vəziyyətini ağır kimi qiymətləndiriblər.