Hər il dünyada havanın çirklənməsindən yaranan xəstəliklərdən 7 milyon insan ölür.
 Astarainfo.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı press-relizdə deyilir.
Press-relizdə qeyd edilir ki, çirklənmə səviyyəsi dünyanın bir çox yerlərində təhlükəli yüksək olaraq qalır: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, hər 10 nəfərdən 9-u çirkləndiricilərin yüksək səviyyədə olduğu hava ilə nəfəs alır və son qiymətləndirmələrə əsasən, hər il atmosfer havasının və qapalı yerlərin havasının çirklənməsi nəticəsində 7 milyon insan ölür”.
 Belə ölümlərin 90 faizdən artığı əsasən Asiya və Afrika ölkələrinin payına düşür.
Press-relizdə vurğulanır ki, insanların 40 faizdən çoxu və ya təxminən 3 milyard insan “evdə yemək bişirmək üçün təmiz texnologiyalara” malik deyillər.