23 aprel-4 may tarixinədək Astara Heydər Əliyev Mərkəzində 10 may Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusudur” mövzusunda Astara rayonun ümumtəhsil məktəblərinin iştirakı ilə tarix dərsləri keçirilmişdir.
Tarix dərsini Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan etmiş, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sukutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tarix dərslərində şəhər 1 saylı, 2 saylı,  4 saylı, 6 saylı, 7 saylı, Suparibağ tam orta və Rüdəkənar kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak etmişlər.
Tarix dərslərində Müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın Beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında şagirdlərə daha ətraflı və dolğun məlumatlar çatdırılmışdır.
Tarix dərslərində Astara şəhər 1 saylı məktəbin müəlliməsi Əsmər Əliyeva, Astara şəhər 2 saylı məktəbin müəlliməsi Şahsənəm Hüseynova, Astara şəhər 4 saylı məktəbin müəllimi Mircəfər Babazadə, Astara şəhər 6 saylı orta məktəbin müəllimi Elmar Hacıyev, Astara şəhər 7 saylı orta məktəbin müəllimi Kamran Mirzəyev, Rüdəkənar kənd ümumi orta məktəbin müəllimi Azər Ağazadə, Suparibağ kənd tam orta məktəbin müəllimi Samir Şamxarov çıxış etmişlər.

Elza Kazımova 

Astarainfo.az