Lissabonda “Avroviziya-2018” mahnı müsabiqəsinin açılışı olub

Portuqaliyanın paytaxtı Lissanonda “Avroviziya-2018” mahnı müsabiqəsinin açılışı olub.
Təntənəli açılış mərasimi incəsənət, memarlıq və texnologiya Muzeyində baş tutub.
Qeyd edək ki, Portuqaliya “Avroviziya-2018” mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququnu Kiyevdə keçirilən “Avroviziya-2017″də qalib gələrək əldə edib.
Müsabiqədə 43 ölkə iştirak edir. İlk yarımfinal mayın 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si baş tutacaq.Trend