Mayın 5-8-də Bakı şəhəri, Cənub İdman Klubunun Boks zalında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Gömrükçü idman klublarasası boks idman növü üzrə turnir keçirilib.
Kakalos Bədiyyəsinin sədri Bəhrəm Əliyevin dəstəyi ilə astaralı azyaşlı boksçular da turnirdə iştirak edib. Belə ki,  turnirdə Raman Mirzəzadə (28 kq), Əli Əliyev (34 kq), Nurlan Əliyev (36 kq), Nurlan Əliyev (38 kq) qızıl, Beytulla Qənbərov (38 kq) gümüş medal qazanıblar
 İdmançılarımızı yarışa boks idman növü üzrə məşqçi-müəllim Bəşirov Elnur hazırlayıb.
Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə boksçular və məşqçi ilə görüş keçirib, uğurları münasibəti ilə təbrik ediblər.

Elnur Qurbanlı

Astarainfo.az