Mayın 7-də Astara rayon Mərkəzi Kitabxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara Pedaqoji Kollecinin tələbələri də  iştirak ediblər.
Tədbirdə  rayon MKS-inin direktoru Tural Eyvazov mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əvəzsiz xidmətləri olduğunu qeyd edib.
Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi ilk əvvəl Azərbaycan dövlətinin, onun rəhbəri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini vermişdir. Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” Qanunu Dövlət Kitabxana Şəbəkəsinin formalaşdırılması, kitabxana sahəsinə dair normativ-hüquqi bazanın yaradılmasında, kitabxana işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsində mühüm rol oynamışdır.
Tədbirdə Mərkəzi Kitabxananın şöbə müdiri N.Məhərrəmova, kitabxanaçılardan A.Əhmədova və digər çıxış edənlər bildirmişlər ki, Ulu öndərin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət və mövqe hər birimiz üçün böyük məktəbdir. Bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının və kitabxana işçilərinin xatirəsində əbədi yaşayacaqdır.

Natəvan Mədətzadə

Astarainfo.az

 

 

 

 

 

 

.