Azərbaycan millisinin Latviya ilə keçirəcəyi yoldaşlıq görüşünün başlama vaxtı müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iyunun 9-da baş tutacaq matçın start fiti Bakı vaxtı ilə 20:00-da veriləcək.
Riqada keçiriləcək oyunun yerli vaxtla başlama saatı isə 19:00-du.
Qeyd edək ki, yığmamız Latviya ilə oyuna qədər mayın 29-da Qırğızıstan, iyunun 5-də isə Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək.