“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə tələbələr arasında respublika çempionatı keçirilir.
Çempionatın təqvim planına idmanın 6 növü daxil edilib, o cümlədən şahmat, stolüstü tennis, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, badminton üzrə qızlar və oğlanlar arasında yarışlar təşkil olunur.
Çempionata şahmat idman növü ilə start verilib. Yarış Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) şahmat-dama klubunda keçirilib. Yarışda 15 komanda iştirak edib.
Respublika çempionatına daxil olan kişi və qadınlar arasında şahmat idman növü üzrə yarışda Milli Aviasiya Akademiyasının komandası qalib gəlib. Bakı Mühəndislik Universitetinin tələbələri ikinci, Azərbaycan Tibb Universitetinin komandası isə üçüncü olublar.AZƏRTAC