Astarainfo.az xəbər verir ki, rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı tam orta məktəbin V sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycanın tarixi haqqında nə bilirsiniz?” mövzusunda məktəblilər arasında inşa müsabiqəsi keçirilib.
Məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra
Uşaq şöbəsinin kitabxanaçısı A. Əhmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında ətraflı məlumat verib.
Bildirib ki, son illər Ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın inkişaf etmiş ölkələrindəndir. Əldə edilən inkişaf nəticəsində ölkəmiz bu gün 100 illik tarixi olan dünya dövlətlərindən də ön sıradadır.
“Azərbaycanın tarixi haqqında nə bilirsiniz?” mövzusunda keçirilən inşa müsabiqəsində 20 məktəbli iştirak edib. I yerin qalibi Zeynəb Qurbanzadə, II yerin qalibi Nəzrin Qasımova, III yerin qalibi isə Fəridə Əliyeva olub. Qaliblər Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəxri fərmanları və qiymətli hədiyələrlə ilə təltif olunublar. Məktəblilər arasında digər fərqlənən Milanə Abdullayeva isə həvəsləndirici hədiyyə ilə mükafatlandırılıb.
Natəvan Mədətzadə

Astrainfo.az