Mayın 16-da  Ağdərə rayonunun kəndləri uğrunda gedən döyüşlərdə şəhid olmuş Rüstəmov Bəxtiyar Osmanağa oğlunun anım günü adını daşıyan Asxanəkəran kənd tam orta məktəbində keçirilmişdir.
Şəhid Rüstəmov Bəxtiyar Osmanağa oğlu 1974-ci il may ayının 16-da Astara rayonu Asxanəkəran kəndində anadan olmuşdur. 1992-ci il iyulun 28-də Astara rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
5 fevral 1993-cü ildə  Rüstəmov Bəxtiyar Osmanağa oğlu Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.
Anım günündə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov Astara rayon İcra Hakimiyyətinin Asxanəkəran İƏD üzrə  nümayəndəsi Səlahəddin Əliyev və şəhidin döyüş dostları Bəxtiyarın məzarını ziyarət etmiş, ailə üzvlərinə başsağlığı vermişlər.
Tədbirdə çıxış edənlər Bəxtiyarın həyat yolundan danışıblar, onun döyüş yolunu bütün gənclərə nümunə göstəriblər. Allah şəhidimizi rəhmət eləsin.

Astarainfo.az