Türkiyə Superliqasında 2017-18 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün XXXIV turun son 4 qarşılaşması baş tutub.
Sonuncu turun ilk günündə medallara iddiası olmayan komandalar meydana çıxmışdısa, mövsüm çempion və digər mükafatçıların müəyyənləşməsi ilə başa çatıb. İddialıların hamısı mövsümü qələbə ilə başa vura bilib.
Bu turadək izləyicilərindən 3 xal öndə qərarlaşan “Qalatasaray” İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb.
Çempionluq üçün 1 xala ehtiyacı olan Fatih Terimin yetirmələri səfərdən qələbə ilə dönüb. Bu qələbə “sarı-qırmızılar”a çempionluq qazandırıb.
“Qalatasaray” həm də Çempionlar Liqasının qrupuna yüksəlib. “Fənərbaxça” 2-ci yerlə kifayətlənib və Çempionlar Liqasının təsnifat mərhələsində oynamalı olacaq. “Başakşəhər” bürünc mükafata yiyələnibsə, “Sivasspor”u darmadağın edən “Beşiktaş” medalsız qalıb.
Türkiyə. Superliqa
XXXIV tur
18 may
“Akhisar” – “Osmanlıspor” – 2:1
Qollar: Adıgüzel, 32, Çelik, 90+3 – Özcal, 45
“Alanyaspor” – “Antalyaspor” – 3:2
Qollar: Duqlas, 37, 69, Villafanez, 61 – Yevtoviç, 12
“Gənclərbirliyi” – “Bursaspor” – 1:0
Qol: Skluetiç, 15
“Trabzonspor” – “Karabükspor” – 3:0
Qollar: Pereyra, 65, 90+2, Yusuf, 88
“Yeni Malatyaspor” – “Kayserispor” – 3:2
Qollar: Buğra Çağıran, 22, Sapunaru, 38 (avtoqol), Adem Büyük, 75 – Stoyikoviç, 81, Mendes, 90+2
19 may
“Başakşəhər” – “Kasımpaşa” – 3:2
Qollar: Viska, 30, Adebayor, 36, 61 – İldiz, 6, Diaqne, 27-p.
“Beşiktaş” – “Sivasspor” – 5:1
Qollar: Taliska, 30, 77, Larin, 50, 74, Babel, 85 – Arslan, 54
“Fənərbaxça” – “Konyaspor” – 3:2
Qollar: Fernandao, 28, Ay, 34-öz qapısına, Soldado, 65 – Fofana, 70, Yahoviç, 73
“Göztəpə” – “Qalatasaray” – 0:1
Qol: Qomis, 66-p.
1.
Qalatasaray
34
24
3
7
75:33
75
2.
Fənərbaxça
34
21
9
4
78:36
72
3.
Başakşəhər
34
22
6
6
62:34
72
4.
Beşiktaş
34
21
8
5
69:30
71
5.
Trabzonspor
34
15
10
9
63:51
55
6.
Göztəpə
34
13
10
11
49:50
49
7.
Sivasspor
34
14
7
13
45:53
49
8.
Kasımpaşa
34
13
7
14
57:58
46
9.
Kayserispor
34
12
8
14
44:55
44
10.
Yeni Malatyaspor
34
11
10
13
38:45
43
11.
Akhisar
34
11
9
14
44:53
42
12.
Alanyaspor
34
11 7 16 55:59 40
13. Bursaspor 34 11 6 17 43:48 39
14. Antalyaspor 34 10 8 16 40:59 38
15. Konyaspor 34 9 9 16 38:42 36
16. Osmanlıspor 34 8 9 17 49:60 33
17. Gənclərbirliyi 34 8 9 17 37:54 33
18. Karabükspor 34 3 3 28 20:86 12

 

Bombardir: Batefimbi Qomis (“Qalatasaray”) – 29 qol