Mayın 28-də Astaradakı Dənizkənarı Park Bulvarda Respublika Gününə və Cümhuriyyətimizin 100 illik yubileyinə həsr olunmuş bayram konserti keçirilmişdir.
Astarainfo.az xəbər verir ki, mərasimdə çıxış edənlər 28 May – Respublika Günü və Cümhuriyyətimizin 100 illiyi münasibətilə astaralıları təbrik etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, imperiya buxovlarından qurtularaq yenidən özünün müstəqilliyinə qovuşan ölkəmizin məhv olmaq təhlükəsindən xilas edən ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışmışlar. Çıxışlarda dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi, respublikamızın dinamik inkişafını və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasını təmin edən siyasi kursu yüksək qiymətləndirilmişdir.
Bayram tədbiri rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam etmişdir.

Nicat Raufoğlu

Astarainfo.az